Salyan rayonunda voleybol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Salyan rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunan yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib.

Rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sarvan kənd, şəhər 6 və 9 nömrəli tam orta məktəblərin komandaları ilk üç sırada qərarlaşıblar.

Qalib komandalar Salyan rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif ediliblər.

Xəbər 645 dəfə oxundu.