“Malaqa” klubu İqnasi Mikeli heyətinə cəlb edib
“Malaqa” futbol klubu “Luqo”nun müdafiəçisi İqnasi Mikeli heyətinə cəlb edib.

25 yaşlı futbolçu İspaniya klubu ilə 3,5 illik müqavilə imzalayıb. “Malaqa” klubu futbolçuya görə, 350 min avro ödəyib.

Mikel “Barselona” Akademiyasının yetirməsidir və “Arsenal” klubunun heyətində İngiltərə Premyer Liqasında çıxış edib.

Xəbər 943 dəfə oxundu.