Abdullah Avcı: "Hamı dördlü müdafiə oynayır"
“Dünya futboluna baxdıqda bütün sistemlər bir-brinə yaxındır. Hamı dördlü müdafiə oynayır”. Bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avçı deyib.

Yığmada görüləcək işlərdən danışan çalışdırıcı Azərbaycan millisinin də adını çəkib: “Amma ön xətdə fərqlər var. Biri 4-4-2, digəri 4-5-1 və ya 4-2-3-1, 4-1-4-1 üstünlük verir. Burada fərq 5-7 metrdir. Azərbaycan yığması da belə oynayır, başqası da. Ona görə də mövqelər üzrə oyunçu seçmə vacibdir. Oyun zamanı hər 2 cinahdan yararlanmağı, düzgün mövqe seçməyi bacaran, intizama üstünlük verən futbolçular yetişdirmək zəruridir. Bu istiqamətdə biz milli komanda kimi nümunə olacağıq. Lakin klublar da addım atmalıdır”..

Xəbər 949 dəfə oxundu.