“Qarabağ” “Barselona”ya şərik oldu
Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Həmişə olduğu kimi Azərbaycandan siyahıya yalnız “Qarabağ” düşüb.

Ağdam klubu bu dəfəki reytinq cədvəlində irəliləyib. Ötən ay 316-cı olan “Qarabağ” bu dəfə 279-282-ci yerləri bölüşür. Komandamız bu sırada Kot-D`İvuarın “Mimosas”, Livanın “Əl-Əhəd” və Ekvadorun “Barselona” klublarına şərikdi.

Siyahıya ötən aylarda olduğu kimi “Barselona” başçılıq edir. İkinci yerdə “Real”, üçüncü pillədə Argentinanın “Velez Sarsfield” klubu qərarlaşıb. İlk onluqda bəzi dəyişikliklər baş verib. Belə ki, Almaniyanın “Bavariya” klubu 13-cü yerdən 5-ci, İspaniyanın “Atletiko” klubu 15-ci pillədən 7-ci yerə qalxıb. Əvəzində Çilinin “Universidad Katolika” və Paraqvayın “Libertad” klubları onluğu tərk edib. İlk onluqda “Barselona”, “Real”, “Velez Sarsfield”, “Bavariya” və “Atletiko” ilə yanaşı, “Universidad de Çili” (Çili, 4-cü yer), “Santos” (Braziliya, 6-cı yer), “Mançester Yunayted” (İngiltərə, 8-ci yer), “Mançester Siti” (İngiltərə, 9-cu yer) və “Şalke 04″ (Almaniya, 10-cu yer) qərarlaşıb.

Xəbər 970 dəfə oxundu.