“Stiinta”- “Azərreyl” voleybol oyununu türkiyəli hakim idarə edəcək
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyanın “Stiinta” komandasının qonağı olacaq.

Oyunu idarə edəcək hakimlər müəyyənləşib. Oyunun baş hakimi türkiyəli Ebru Çevril Ayata olacaq. Ona yunanıstanlı həmkarı Georgios Georgouleas kömək edəcək.

Dekabrın 12-də Bakeu şəhərindəki “Sala Sporturilor” İdman Salonunda keçiriləcək “Stiinta”-“Azərreyl” oyunu yerli vaxtla saat 17:00-da başlayacaq.

Xəbər 1300 dəfə oxundu.