“Napoli”nin İtaliya çempionatında 26 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb
“Napoli” klubu futbol üzrə İtaliya çempionatının XV turunda “Yuventus”a 0:1 hesabı ilə məğlub olub.

Bu nəticə ilə baş məşqçi Mauritsio Sarrinin rəhbərliyi altında “Napoli”nin 26 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Bu matçadək “Napoli” İtaliya çempionatında sonuncu dəfə cari ilin fevralında “Atlanta”ya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Neapol təmsilçisi 26 oyundan 22-sini qələbə, 4-nü isə heç-heçə ilə başa vurub.

AZƏRTAC

Xəbər 601 dəfə oxundu.