Yaponiyalı voleybolçu “İqtisadçı”nı tərk edib
Bakının qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu Super Liqanın final mərhələsi öncəsi ciddi itki ilə üzləşib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı heyətin əsas üzvü Yuko Sanonu Yaponiyaya yola salıb. Buna səbəb, Asiya təmsilçisinin London-2012 ilə bağlı planıdır.

Belə ki, yaponların bütün voleybolçuları apreldən gec olmayaraq, yığmanın düşərgəsində yer almalıdırlar. Sano da digər komanda yoldaşları kimi “İqtisadçı”dan ayrılaraq, “gündoğar ölkə”yə gedib.
Qeyd edək ki, son 2 mövsümdə universitet klubunun şərəfini qoruyan Yukonun növbəti mövsümdə də ölkəmizə gəlib-gəlməyəcəyi hələ dəqiq bilinmir.

Xəbər 1063 dəfə oxundu.