Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”ni minimal hesabla məğlub edib
Dekabrın 1-də Azərbaycan Premyer liqasının XIV turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib.

Baş hakim Fariz Yusifovun idarə etdiyi matçın ilk hissəsinin 25-ci dəqiqəsində meydan sahibləri hesabı açıb. Ağdam təmsilçilərinin heyətində Maksim Medvedyev fərqlənib. Matçın ilk hissəsi bu hesabla başa çatıb.

Fasilədən sonra matç qarşılıqlı hücumlar şəraitində keçsə də qapılara qol vurulmayıb.

Bu qələbədən sonra “Qarabağ” aktivinə üç xal əlavə edərək 34 xalla turnir cədvəlindəki liderlik mövqeyini möhkəmləndirib. “Neftçi” klubu isə 16 xalla beşinci pillədədir.

Xəbər 1006 dəfə oxundu.