Sumqayıtda karate üzrə beynəlxalq turnir başlayıb
Dekabrın 1-də Sumqayıt Olimpiya İdman Mərkəzində karate üzrə Xəzəryanı və Qara dəniz ətrafı ölkələrin növbəti çempionatı başlayıb.

Dekabrın 3-dək davam edəcək yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edəcəklər. Fərdi mübarizədən başqa hər bir yaş kateqoriyasında kata və kumite üzrə komanda yarışları da keçiriləcək.

Turnirin ilk günündə 7-12 yaşlı uşaqlar mübarizə aparırlar. Dekabrın 2-də yeniyetmələr, gənclər və veteranlar yarışa qoşulacaqlar. Çempionatın sonuncu günündə isə böyüklər tatamiyə çıxacaqlar.

Yarışda Azərbaycan, Türkiyə, İran, Rusiya, Qazaxıstan və Gürcüstan komandaları mübarizə aparırlar.

Xəbər 1078 dəfə oxundu.