Azərbaycan məşqçiləri Almaniya Futbol İttifaqının konqresində iştirak ediblər
Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə Frankfurtda “İnternationalen Spielanalysekongress der DFB-Akademie (AFİ Akademiyasının Beynəlxalq Oyun Analizi Konqresi)” konqresi keçirilib.

DFB-nin dəvətinə əsasən, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd və məşqçi Etibar İbrahimov konqresdə iştirak ediblər.

Xəbər 1082 dəfə oxundu.