“Lokomotiv”- “Fonte Bastardo” voleybol oyununun vaxtı açıqlanıb
Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” komandasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsindəki ilk oyununun vaxtı açıqlanıb.

Bakı təmsilçisinin Portuqaliyanın “Fonte Bastardo” komandası ilə görüşü dekabrın 5-də keçiriləcək.

Saat 18:00-da start götürəcək oyun Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər 835 dəfə oxundu.