Azərbaycan taekvondoçuları X “Elbrus Kuboku” turnirinə qatılacaqlar
Dekabrın 4-dən 5-dək Nalçik şəhərində taekvondo üzrə X “Elbrus Kuboku” turniri keçiriləcək.

“Qladiator” Universal İdman Kompleksində təşkil ediləcək turnirdə üç yaş qrupu - 10-11, 12-14 və 15-17 yaşlı taekvondoçular arasında 60 dəst mükafat oynanılacaq.

Bu il “Elbrus Kuboku”nda gənc Azərbaycan və Rusiya taekvondoçuları ilə bərabər, Gürcüstan, Ukrayna və Qazaxıstan təmsilçiləri də yarışacaqlar.

Xəbər 1424 dəfə oxundu.