Futbol üzrə Azərbaycan kubokunun dörddəbir finalçıları müəyyənləşib
Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

Oyunlarda aşağıdakı hesablar qeydə alınıb: “Qəbələ” – “Mil-Muğan” - 8:0, “Şüvəlan” – “Səbail” - 1:2, “Zirə” – “Xəzər” - 3:0, MOİK – “Keşlə” - 0:3, “Kəpəz” – “Binə” - 3:0 və “Sumqayıt” – “Sabah” - 3:0.

Beləliklə, “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Səbail”, “Keşlə”, “Kəpəz”, “Zirə” və “Sumqayıt” komandaları Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 584 dəfə oxundu.