İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri-2017” layihəsinin icrasına başlayıb
İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri-2017” layihəsinin icrasına başlayıb.

Ardıcıl 5-ci il həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, informasiya dəstəkçisi “Report”, baş sponsoru isə “Aloff Made in Azerbaijan”dır.

Əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adlarında və tərkibində bəzi dəyişikliklər edilib. “İlin mətbuat katibi” nominasiyası “İlin idman yarışı” nominasiyası ilə əvəzlənib. Bundan başqa, futbol üzrə “İlin baş məşqçisi” nominasiyası ali nominasiyaya çevrilib və qalibin sorğu aparılmadan mükafatlandırılması qərara alınıb.

Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında “İlin idman xadimi”, “İlin idmançısı”, “İlin əcnəbi idmançısı”, “İlin futbolçusu”, “İlin komandası” (futbol və digər növlər üzrə), “İlin məşqçisi” (digər növlər üzrə), “İlin idman yarışı” və “İlin idman jurnalisti” nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədləri yox, özlərinin layiq bildikləri şəxsi və ya komandanı da seçə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın ortalarında Bakı Olimpiya Stadionunda mükafatlandırılacaq.

Xəbər 497 dəfə oxundu.