“Torpedo” klubu 15 ildən sonra yenidən Gürcüstan çempionu olub
Kutaisinin “Torpedo” futbol klubu Gürcüstan çempionatının sonuncu turunda “Dinamo”nu (Tbilisi) səfərdə 1:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub.

Turnir cədvəlində 76 xalla birinci olan Kutaisi təmsilçisi “Dinamo”nu 1 xal qabaqlayıb. “Samtredia” isə 68 xalla çempionatın bürünc medalına sahib olub.

Kutaisi klubu son 15 ildə ilk dəfədir çempionluq sevinci yaşayır. Bu, “Torpedo”nun Gürcüstan çempionatı tarixində dördüncü çempionluğudur.

Qeyd edək ki, “Torpedo” dekabrın 2-də Gürcüstan kuboku yarışlarının finalında “Çixura” ilə qarşılaşacaq.

Xəbər 1011 dəfə oxundu.