Bu gün Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək.

“Qarabağ” doğma meydanda “Qaradağ Lökbatan”ı, “Neftçi” klubu isə “Zaqatala”nı qəbul edəcək.

Noyabr 29-da isə “Qəbələ”–“Mil-Muğan”, “Şüvəlan”–“Səbail”, “Zirə”–“Xəzər”, MOİK–“Keşlə”, “Kəpəz”–“Binə” və “Sumqayıt”–“Sabah” klubları üz üzə gələcəklər.

Xəbər 956 dəfə oxundu.