“Real” Ronaldunun büstünü klub muzeyində nümayiş etdirir
“Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldunun büstü Madrid klubunun muzeyində qoyulub.

Büstün müəllifi 52 yaşlı Xose Antonio Navarro Arteaqadır. Ronaldunun böyük azarkeşi olan Arteaqanın oğlu futbolçunun şərəfinə bu əsəri yaratmağa atasını ruhlandırıb.

Büst noyabrın 2-dən muzeydə nümayiş etdirilsə də, Ronaldu onun açılışında iştirak edə bilməyib.

Xəbər 1004 dəfə oxundu.