Lionel Messi ardıcıl altı oyundur rəqib qapısına yol tapa bilmir | |
“Barselona” klubunun hücumçusu Lionel Messi ardıcıl 6 oyundur rəqib qapısına yol tapa bilmir. Argentinalı futbolçu İspaniya çempionatının sonuncu turunda “Valensiya” ilə matçda da fərqlənə bilməyib. Messi sonuncu dəfə 2010-cu ilin yayında ardıcıl 7 oyunda qol vura bilməyib. Qeyd edək ki, Messi İspaniya çempionatında 13 turdan sonra 12 topla bombardirlər siyahısına başçılıq edir. Argentinalı futbolçu “Valensiya”nın oyunçusu Simone Dzadzanı 3 top hesabı ilə qabaqlayır. |
|
Xəbər 554 dəfə oxundu. |
|
|