Milli Gimnastika Arenasında birgə yarışlara yekun vurulub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq ölkə və paytaxt çempionatı, batut gimnastikası və tamblinq üzrə respublika çempionatı və Bakı birinciliyinə yekun vurulub.

Yarışın sonuncu günündə bədii gimnastlar və batutçular çıxış ediblər.

Bədii gimnastikada çoxnövçülük yarışlarında 2007-ci il təvəllüdlü uşaqlar arasında Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibi Kamilla Seyidzadə olub. İkinci yerdə Mədinə Dəmirova, üçüncü yerdə isə Mehriban Abdullayeva qərarlaşıblar.

2008-ci il təvəllüdlü uşaqlar arasında Nərmin Bayramova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məryəm İonis yarışı ikinci, Leyli İsmayılova isə üçüncü pillədə başa vurublar.

2009-cu il təvəllüdlü gimnastların çıxışları Məryəm Əliyevanın qələbəsi isə yekunlaşıb. Gümüş medalı Ayan Sadıqova, bürünc medalı isə Gövhər İbrahimova qazanıblar.

Yuniorlar arasında qələbəni Arzu Cəlilova bayram edib. Gümüş medala Ləman Əlimuradova, bürünc medala isə Darya Farşbafşəhriyari layiq görülüblər.

Batut gimnastikası üzrə yarışlarda körpələr yaş kateqoriyasında oğlanlar arasında qızıl medalı Ammar Bəxşəliyev qazanıb. İkinci yerə Rauf Mikayıllı, üçüncü yerə isə Fürqan Musayev layiq görülüblər. Körpələr yaş kateqoriyasında qızlar arasında qələbəni Kseniya Kuznetsova bayram edib. Gümüş medalı Nuriyyə Əliyeva, bürünc medalı isə Məryəm Mehrəliyeva qazanıblar.

Uşaqlar yaş kateqoriyasında oğlanlar arasında qızıl medala İbrahim Mustafazadə, gümüş medala Əli Niftəliyev, bürünc medala isə Polad Xasbilatov sahib olublar. Uşaqlar yaş kateqoriyasında qızlar arasında isə Mariya Koleva birinci olub. Ləman Rzayeva gümüş, Aylin Nəzərova isə bürünc medal əldə ediblər.

Xəbər 836 dəfə oxundu.