Dünyanın məşhur baletmeysteri bədii gimnastika üzrə yığma komandamızın üzvlərinə ustad dərsi keçib
Noyabrın 25-də A.Y.Vaqanova adına Rus Balet Akademiyasının elmi-şurasının sədri və rektoru, Rusiyanın Xalq Artisti Nikolay Tsiskaridze Milli Gimnastika Arenasında olub.

Ölkəmizə ilk dəfə səfər etmiş dünyanın məşhur baletmeysteri bədii gimnastika üzrə yığma komandanın üzvləri ilə görüşərək, onlara klassik baletin ən incə məqamlarını izah edib. Gimnastlarımız böyük sənətkardan dərs almağın həyəcan və sevinci ilə tədbirdə həvəslə iştirak ediblər.

Ustad dərslərində yaxından iştirak edən gimnastika komandalarımızın xoreoqraflarının suallarına səmimiyyətlə cavab verən N.Tsiskaridze sonda bütün komanda heyəti ilə xatirə şəkili çəkdirib.

Xəbər 641 dəfə oxundu.