Yığmamızın üzvü Almaniya çempionatında oynadı
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Əli Göydəmir Almaniyada növbəti oyununu keçirib. “Hannover 96″nın ikinci komandasında çıxış edən futbolçu Regional Liqa matçında meydana çıxıb.

Alinin komandası “Hamburq”un qonağı olub və 0:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxmayan futbolçumuz 81-ci dəqiqədə norveçli Henninq Hauqerin yerinə oyuna daxil olub

Xəbər 1089 dəfə oxundu.