Milli Gimnastika Arenasında birgə yarışlar davam edir
Milli Gimnastika Arenasında batut və tamblinq üzrə Azərbaycan və Bakı çempionatları, bədii gimnastika üzrə Bakı birinciliyi, həmçinin aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı davam edir.

Yarışların üçüncü günündə aerobika təmsilçiləri və bədii gimnastlar məharətlərini göstərirlər.

Aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançılar iştirak edirlər. Onlar fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında beş yaş kateqoriyası (2009-2010-cu, 2006-2008-ci, 2003-2005-ci, 2000-2002-ci, 1999-cu il təvəllüdlülər və daha yuxarı yaşlılar) üzrə mübarizə aparırlar.

Xəbər 967 dəfə oxundu.