Azərbaycan hakimi “Trikolorul”–“Lozanna” voleybol oyununa təyinat alıb
Azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.

Ədalət təmsilçimiz “Çelenc Cup” turnirinin ikinci təsnifat mərhələsində iş başında olacaq. Belə ki, F.Ağayev Ployeşti şəhərində kişi voleybolçular arasında keçiriləcək “Trikolorul” (Rumıniya) – “Lozanna” (İsveçrə) matçında hakimlik edəcək.

Həmyerlimiz noyabrın 29-da keçiriləcək görüşdə macarıstanlı Qyul Tillmanna köməklik edəcək.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matçda isveçrəlilər 3:0 hesabı ilə qələbə qazanıblar.

Xəbər 668 dəfə oxundu.