Üzgüçülük üzrə açıq Azərbaycan çempionatına start verilib
Noyabrın 24-də Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatına start verilib.

Yİarışda Azərbaycanla yanaşı, Qazaxıstan və Gürcüstan idmançıları da iştirak edirlər.

Gürcüstan komandası 35, Qazaxıstan yığması isə 4 üzgüçüdən ibarət heyətlə təmsil olunur.

Ümumilikdə çempionatda 120 idmançı birincilik uğrunda mübarizə aparır.

Noyabrın 26-dək davam edəcək yarışda idmançılar üzgüçülüyün bütün növləri üzrə çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Üzgüçülük Federasiyasının qaydalarına əsasən keçirilən yarışda ilk dəfə olaraq elektron hesablama mexanizmindən istifadə olunur.

Xəbər 1794 dəfə oxundu.