UEFA Avropa Liqası: “Milan” və “Arsenal” pley-off mərhələsinə vəsiqəni təmin ediblər
Noyabrın 23-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin beşinci turunun oyunları keçirilib.

Turun ilk günündə 12 qrupda ümumilikdə 24 matç oynanılıb.

İtaliyanın “Milan” klubu öz meydanında Avstriyanın “Austriya” komandasını böyük hesabla məğlubiyyətə uğradıb – 5:1. Türkiyə təmsilçilərindən “Konyaspor” komandası doğma meydanda Fransanın “Olimpik” (Marsel) klubunu qəbul edib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Maraqla gözlənilən qarşılaşmalardan biri isə “Köln” ilə “Arsenal” klubları arasında oynanılıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Turun digər qarşılaşmaları aşağıdakı kimi yekunlaşıb:

“A” qrupu

“Astana” (Qazaxıstan) - “Vilyarreal” (İspaniya) - 2:3

“Makkabi” (İsrail) – “Slaviya” (Çexiya) – 0:2

“B” qrupu

“Skenderbeu” (Albaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:2

“Partizan” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) – 2:1

“C” qrupu

“Braqa” (Portuqaliya) – “Hofenhaym” (Almaniya) – 3:1

“Ludoqorets” (Bolqarıstan) – “Başakşehir” (Türkiyə) – 1:2

“D” qrupu

“AEK” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:2

“E” qrupu

“Everton” (İngiltərə) – “Atalanta” (İtaliya) – 1:5

“Lion” (Fransa) – “Apollon” (Kipr) – 4:0

“F” qrupu

“Lokomotiv” (Moskva, Rusiya) - “Kopenhagen” (Danimarka) – 2:1

“Şerif” (Moldova) – “Zlin” (Çexiya) – 1:0

“G” qrupu

“Luqano” (İsveçrə) - “Hapoel” (Beer-Şeva, İsrail) -1:0

“Viktoriya” (Plzen, Çexiya) - “Styaua” (Rumıniya) – 2:0

“H” qrupu

BATE (Belarus) - “Srvena Zvezda” (Serbiya) – 0:0

“I” qrupu

“Zalsburq” (Avstriya) - “Gimaraeş” (Portuqaliya) – 3:0

“J” qrupu

“Ostersun” (İsveç) - “Zarya” (Ukrayna) – 2:0

“Atletik” (İspaniya) - “Herta” (Almaniya) – 3:2

“K” qrupu

“Latsio” (İtaliya) - “Vitess” (Hollandiya) “Nitsa” (Fransa) – 1:1

“Nitsa” (Fransa) - “Zülte-Varegem” (Belçika) – 3:1

“L” qrupu

“Zenit” (Rusiya) - “Vardar” (Makedoniya) – 2:1

“Real Sosyedad” (İspaniya) - “Rusenborq” (Norveç) – 0:1.

Xəbər 555 dəfə oxundu.