«İnter» Byelsa ilə razılaşıb
Yeni baş məşqçi axtarışında olan Milan «İnter»i, Bilbao «Atletik»inin sükançısı Marselo Byelsa ilə onun gələn mövsümdən klubu çalışdırması barədə razılıq əldə edib. İdman.com.az saytının məlumatına görə, italyan klubunun prezidenti Massimo Moratti 56 yaşlı argentinalı mütəxəssisə ilinə 5 milyon avro olmaqla, 2,5 illik müqavilə təktif edib.

Qarşılıqlı razılaşmaya əsasən, transfer dövründə bask klubundan iki oyunçu da alınacaq. Bunlar yarımmüdafiəçi Oskar de Markos və müdafiəçi Andre İtturaspedi. «İnter» əlavə olaraq hücumçu İker Munyaini və yarımmüdafiəçi Markela Susaetanı da ala bilər.
Byelsa özü bu xəbəri şərh etməkdən çəkinib. Hələ ötən yay Leonardonun gedişindən sonra da «İnter» Byelsa ilə danışıq aparırdı. O zaman argentinalı «Atletik»i seçdi.

Ranyerinin gedişindən sonra «İnter»i klubun məşqçilər qərargahında çalışan Andrea Stramaççioni çalışdırır. Moratti öz şərhində gələcəkdə onunla uzunmüddətli müqavilənin bağlanmasını da istisna etməmişdi. Klub rəhbəri Marselo Byelsaya böyük hörmətini izhar etsə də, vəziyyət sabitləşsə, sükançını dəyişməyə ehtiyac qalmaması ehtimalını da istisna etməyib.

Xəbər 1120 dəfə oxundu.