Qurban Qurbanov: Azarkeşlərə sona qədər "Qarabağ"a dəstək olduqları üçün minnətdaram
Son vaxtlar bu qədər məyus olmamışdım. İlk hissənin 20-ci dəqiqəsindən sonra meydanda sayca azlıqda qaldıq. Azarkeşlərə görə məyus oldum. Son dəqiqəyə qədər komandaya dəstək olduqları üçün onlara minnətdaram.

Bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Futbolçularımıza minnətdarlığımı bildirmək istəyirəm. Məğlub olsalar da, layiqincə mübarizə apardılar. İlk hissədəki penalti epizodunda oyunçularımın əhvalı pozulduğuna görə, onları yanıma çağırdım. Hakimin bu qərarına görə UEFA-ya məktub ünvanlamaq fikrim yoxdur. Sözsüz ki, qırmızı vərəqəyə görə narazılığımız var, lakin bu, heç nəyi dəyişdirməyəcək. Daim çalışmışıq ki, hamıya nümunə olaq. Həmişə olduğu kimi, komandamı intizamlı olmağa çağırıram. Bu, futboldur və oyun zamanı elə nüanslar olur ki, sonda qırmızı vərəqə ilə nəticələnir”, - deyə baş məşqçi bildirib.

Xəbər 593 dəfə oxundu.