Yunis Hüseynov: Qol epizodlarımız çox oldu
“Bu gün çox gərgin oyun oldu. Qələbə münasibətilə komandamı təbrik edirəm”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Gənc mütəxəssis, ölkə çempionatında özü üçün yubiley – 200-cü matç haqqında fikrini açıqlayıb:

“Bir çox qol epizodlarımız olsa da, yalnız ikisindən yararlana bildik. Kubokda iki oyun oynadıqdan sonra, eyni komanda ilə yenə qarşılaşmaq çox çətin idi. Futbolçularıma gələcək oyunlarda uğurlar arzulayıram”.
Qeyd edək ki, bu gün Unibank Premyer Liqasının XXVI turunda “Xəzər Lənkəran” klubu doğma divarlar arasında Bakı “İnter”ini məğlub edib (2:0).

Xəbər 1083 dəfə oxundu.