U-19 Gənclər Liqası: “Qarabağ” klubu son ev oyununu keçirib
Noyabrın 22-də UEFA Gənclər Liqasında qrup mərhələsinin beşinci turunda “Qarabağ” komandası növbəti oyununu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Azərsun Arena”da “Çelsi”ni qəbul edib. Matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Görüşün ikinci hissəsində “Qarabağ” hesabı açıb. Oyunun 50-ci dəqiqəsində Yuroslav Deda “Çelsi”ni oyuna mərkəzdən başlamağa məcbur edib. Matçın 61-ci dəqiqəsində Martell Teylor-Krossdeyl 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib - 1:1. Görüşün 70-ci dəqiqəsində Çarli Braun “Çelsi”ni hesabda önə çıxarıb - 1:2. Bu qoldan altı dəqiqə sonra Corc Makikran hesab arasındakı fərqi iki topa çatdırıb.

Beləliklə, matç “Çelsi”nin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

Xəbər 985 dəfə oxundu.