Bu gün UEFA Çempionlar Liqasının V turunun növbəti oyunları keçiriləcək
Noyabrın 22-də gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulacaq.

Turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

“C” qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Bu qrupun digər matçında isə “Roma” səfərdə “Atletiko Madrid”in qonağı olacaq.

Turun maraqla gözlənilən görüşlərindən biri də “D” qrupunda mübarizə aparan “Yuventus” və “Barselona” klublarının qarşılaşması olacaq.

Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçiriləcək:

“A” qrupu

MOİK (Rusiya) – “Benfika” (Portuqaliya))

“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)

“B” qrupu

“Anderlext” (Belçika) – “Bavariya” (Almaniya)

PSJ (Fransa) – “Seltik” (Şotlandiya)

“C” qrupu”

“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

“Atletiko Madrid” (İspaniya) - “Roma” (İtaliya)

“D” qrupu

“Yuventus” (İtaliya) – “Barselona (İspaniya)

“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan).

Xəbər 599 dəfə oxundu.