Gəncədə şahmat üzrə yeniyetmələr arasında şəhər birinciliyinin qalibləri məlum olub
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.

8-16 yaşadək oğlan və qızlar arasında keçirilən birincilikdə 200 məktəbli iştirak edib.

FIDE qaydalarına uyğun olaraq İsveçrə sistemi ilə keçirilən yarışda yekun nəticələrə əsasən ilk 3 yeri tutan şahmatçılar diplom və medallarla təltif olunublar. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar verilib. Qaliblər 2018-ci ilin yanvarında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ qazanıblar.

Xəbər 814 dəfə oxundu.