Ancelo Vercesi: «İlk cəddə finala çıxmaq böyük uğurdur»
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Çellenc kubokunun qalibi müəyyəşləşdi. İdman.com.az saytının məlumatına görə, Azərbaycan klublarının mübarizəsindən «Lokomotiv» qalib ayrıldı. Görüşdən sonra «Bakı» komandasının baş məşqçisi Ancelo Vercesi bizə açıqlama verdi. Braziliyalı mütəxəssis dedi ki, onlar qələbəni sonda anda əldə verdilər:

«Matç çox gərgin keçdi. Bərabər mübarizənin şahidi olduq. «Qızıl setdə» daha aqressiv oynamalı idik. Amma bir anlığa boşaldıq və rəqib də bundan məharətlə istifadə etdi. Düzdür, ilk cəddə finala çıxmaq böyük uğurdur. Amma kuboku da qazana bilərdik».

Qeyd edək ki, Çellenc kubokunun final mərhələsində «Bakı» əvəz matçında «Lokomotiv» 3:2 qalib gəlsə də, «qızıl setdə» (13:15) uduzub.

Xəbər 1108 dəfə oxundu.