“Qarabağ” komandasının “Çelsi” ilə oyundan əvvəl sonuncu məşqi
Noyabrın 21-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Çelsi” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu oyundan əvvəl sonuncu məşqini keçirib.

Qurban Qurbanovun yetirmələri “Azərsun Arena"da dairəvi qaçışdan sonra isinmə hərəkətləri və topla məşqlər ediblər.

Qeyd edək ki, noyabrın 22-də “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 608 dəfə oxundu.