Bakının “Lokomotiv” komandası avrokubokdakı ilk oyununda Kiprin “Apoel” klubuna qalib gəlib
Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” klubunun avrokubokdakı debütü uğurlu olub.

Azərbaycan çempionu “Çağırış kuboku” turnirinin ikinci təsnifat mərhələsində ilk matçını noyabrın 21-də keçirib. Azərbaycan Voleybol Mərkəzində Kiprin “Apoel” klubunu qəbul edən komandamız rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Komandalar arasındakı cavab oyunu noyabrın 29-da olacaq.

Xəbər 1090 dəfə oxundu.