Futbol üzrə Azərbaycan birinci divizionunda vurulan qol Portuqaliya mətbuatında
Futbol üzrə Azərbaycan I divizionunun doqquzuncu turunda “Sabah” və “Mil-Muğan” komandalarının oyununda vurulan qol Portuqaliya mətbuatının diqqətini cəlb edib.

Portuqaliyanın nüfuzlu www.record.pt idman portalında “Azərbaycan çempionatının ikinci liqasında vurulmuş yaxşı qolu da qeyd edək” başlığı altında video yerləşdirilib. Azərbaycan Peşəkar Futbol Liqasının hazırladığı videodan istifadə edən portalın şərhində İmişlinin “Mil-Muğan” komandasının “Sabah” kollektivini 4:0 hesabı ilə məğlub etdiyini oyunda Comərd Baxşəliyevin matçın 88-ci dəqiqəsində vurduğu baxımlı qol təqdim olunur.

AZERTAC

Xəbər 1090 dəfə oxundu.