Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək | |
Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək. Turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər. “G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Portu”nu qəbul edəcək. Şenol Günəşin yetirmələrini növbəti mərhələyə adlamaq üçün heç-heçə də qane edir. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq. Gün ərzində qruplarda aşağıdakı qarşılaşmalar keçiriləcək: “E” qrupu “Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə) “Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) “F” qrupu “Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) “Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) “G” qrupu “Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya) “Monako” (Fransa) – “Leyptsiq” (Almaniya) “H” qrupu APOEL (Kipr) – “Real Madrid” (İspaniya) “Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə). Qitənin ən nüfuzlu klub turnirinin “C” qrupunda mübarizə aparan “Qarabağ” komandası noyabrın 22-də Londonun “Çelsi” klubunu qəbul edəcək. |
|
Xəbər 599 dəfə oxundu. |
|
|