Çellenc kubokunu “Lokomotiv” qazandı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çellenc kubokunun qalibi bəlli olacaq. İdman.com.az saytının məlumatına görə, həlledici qarşılaşmada Azərbaycan klubları “Lokomotiv” və “Bakı” üz-üzə gələcəklər. Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq mübarizədə bu dəfə “dəmiryolçular” nominal meydan sahibi olacaq. İlk rəqabətdə debütantı 3:2 hesabı ilə məğlub edən Draqutin Baltiçin komandası, kuboku qazanmaq üçün yenə qələbə çalmalıdır.
Ancelo Vercesi də vəziyyəti dəyişə bilər. O, “Bakı”nı qələbəyə kökləməklə yanaşı, “qızıl set”dən də üstün ayrılmalıdır.

Çellenc kuboku. Qadınlar
Final. Cavab matçı

1 aprel
18:00. “Lokomotiv” – “Bakı” 2:3 (27:25; 19:25; 25:21; 20:25; 13:15) “Qızıl set” - 15:13
Hakimlər: Katarzina Sokol (Polşa), Yevgeni Makşanov (Rusiya)
Bakı. Heydər Əliyev adına İdman-Konsert Kompleksi
İlk oyun – 3:2

Xəbər 1068 dəfə oxundu.