Bakının “Azəryol” həndbol klubu “Çağırış Kuboku” uğrunda yarışların növbəti mərhələsinə yüksəlib
Bakının qadın həndbolçulardan ibarət “Azəryol” klubu “Çağırış Kuboku” uğrunda yarışlarda Lüksemburqun “HB Düdelanj” komandası ilə növbəti görüşünü keçirib.

“Dudelanj” arenasında nominal ev sahibi kimi çıxış edən təmsilçimiz Lüksemburq təmsilçinə bu dəfə də qalib gəlib – 32:16. Beləliklə, ümumi nəticədə rəqibindən 68:31 hesabı ilə üstün olan “Azəryol” həndbolçuları növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşmada həndbolçularımız lüksemburqlu rəqiblərini 36:15 hesabı ilə məğlub ediblər.

Xəbər 951 dəfə oxundu.