Astaralı idmançılar Dünya kuboku yarışında 1 qızıl və 1 gümüş medal qazanıblar
Astaralı idmançılar Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Qarışıq Döyüş Növləri üzrə Dünya Kuboku yarışında 1 qızıl və 1 gümüş medal qazanıblar.

Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançılar Nurlan Əlizadə 55 kiloqram çəki dərəcəsində birinci, Feyzulla Tarverdiyev 50 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüblər.

İdmançıları yarışa Budo Döyüş növləri üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov hazırlaşdırıb.

Astara Rayon Gənclər və İdman İdarəsində beynəlxalq yarışda uğur qazanmış idmançılarla görüş keçirilib.

Görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev qalibləri və onların məşqçilərini təbrik edib.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışan Ə.Əliyev idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları Prezident İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Xəbər 594 dəfə oxundu.