Yarımfinallar start götürdü
Kişilər arasında basketbol üzrə ölkə çempionatında yarımfinal pley-offları start götürdü. İdman.com.az saytı xəbər verir ki, «Araz-Naxçıvan» və «Qala» ilk qələbələrini qazanaraq, finala doğru ilk addımlarını atıblar. «Araz-Naxçıvan» «Çağ öyrətim» üzərində, gözlənildiyi kimi, asan qələbə qazandı. Görüş çempionatın favoritinin 89:50 hesablı qələbəsi ilə başa çatdı.

«Qala» və «NTL-Tudor»un qarşılaşmasında hesabla fərq bir qədər az olsa da, bu matçda da gərginlik yaşanmayıb. 88:69 hesablı qələbə qazanan «Qala» finala çıxmaqda çətinlik çəkməyəcəyini göstərib.
İndi «Araz-Naxçıvan» və «Qala»ya finala çıxmaq üçün aprelin 5-də keçiriləcək ikinci matçlarda da qalib gəlmək kifayət edəcək.


Xəbər 1046 dəfə oxundu.