Azərbaycanlı tələbə Çində bodibildinq yarışının qalibi olub
Pekin İdman Universitetində təhsil alan Sadiq Həsənov Çində “DMS bodibildinq və fitnes-2017” yarışının final mərhələsinin qalibi olub.

Bodibildinq üzrə Çində keçirilən ən irimiqyaslı yarışlardan olan çempionatda idmançılar 9 kateqoriyada mübarizə aparıb. Pekində keçirilmiş final mərhələsinə il ərzində təşkil olunan yarışlarda yüksək nəticələr göstərmiş idmançılar yarışmaq hüququ qazanıb.

S.Həsənov fitnes-model yarışında “A” kateqoriyasında gücünü sınayıb. Bütün rəqiblərindən üstün olan həmyerlimiz yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, S.Həsənov Çində təşkil olunan ənənəvi yarışlarda daim yüksək nəticələr göstərir. O, bir neçə yarışda mükafatçılar sırasında olmağı bacarıb.

AZƏRTAC

Xəbər 516 dəfə oxundu.