“Korintians” futbol klubu yeddiqat Braziliya çempionu olub
“Korintians” futbol klubu Braziliya çempionu olub.

Braziliya çempionatının 35-ci turunda “Fluminense” komandasına 3:1 hesabı ilə qalib gələn San-Paulu təmsilçisi sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib. “Korintians” ən yaxın izləyicisi “Qremio”nu 10 xal qabaqlayır.

“Korintians” tarixində yeddinci, son üç ildə isə ikinci dəfə çempionluq yaşayıb.

Çempionluğun sayına görə, San-Paulu klubu üçüncüdür. Ən çox Braziliya çempionluğu yaşayan isə “Palmeyras” klubudur. Onun aktivində 9 çempionluq var.

Xəbər 630 dəfə oxundu.