Bu gün yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin ilk günü maraqlı anlarla yadda qalıb.

Yarışın birinci günündə qızlar arasında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qızların yarışında Ruslana Xəlilova (36 kq), Aydan Şirinzadə (40 kq), Səbinə Alıyeva (44 kq), Vüsalə Kərimova (48 kq), Ülviyyə Bayramova (52 kq), Fəridə Səfərova (57 kq), Südabə Ağayeva (63 kq), Nərmin Əmirli (70 kq), Rəvanə Kərimova (70 kq-dan yuxarı), oğlanların mübarizəsində isə Aydın Rzayev (46 kq) və Mirağa Hacıyev (50 kq) Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, yarışda 565 cüdoçu mübarizə aparır. Yeniyetmələrin ölkə birinciliyinə noyabrın 17-də yekun vurulacaq.

Xəbər 978 dəfə oxundu.