Bakı-2020-yə son 10 gündə 230 min imza toplanıb
Bakının 2020-ci ildə Yay Olimpiya Oyunlarına namizədliyinə dəstək üçün keçirilən imzatoplama kampaniyası “Bakı 2020”-nin təşkilat komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən uğurla davam etdirilir.

On gün ərzində Bakının 2020-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyinə namizədliyini dəstəkləyən 230 mindən çox imza toplanıb. Bunun 100 mini Bakı şəhərinin, 130 mindən çoxu isə regionların payına düşür.

Qısa müddətdə yığılan imzalar Olimpiya və Paralimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə Azərbaycan xalqının dəstəyinin göstəricisidir.

AzərTAc

Xəbər 1091 dəfə oxundu.