Futzalçılarımızın oyununu canlı izlə
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan millisinin Rusiya ilə oyunu canlı yayımlanacaq. İdman.com.az saytının xəbərinə görə, azarkeşlər aprelin 9-da Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində keçiriləcək təkrar pley-off qarşılaşmasına “İdman-Azərbaycan” vasitəsilə baxa bilərlər. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 1264 dəfə oxundu.