Türk futbolçular “Real”dan ayrılır
Yayda “Real”dan ayrılacaq 3 futbolçunun adı açıqlanıb. İdman.com.az saytının İspaniyanın “El Confidencial” qəzetinə istinadən xəbərinə görə, bu futbolçulardan ikisi Türkiyə milli komandasının üzvləri - Nuri Şahin və Həmid Altuntopdur. Digər oyunçu isə ispaniyalı Raul Albioldur.

Məlumatda göstərilir ki, 23 yaşlı Nuri Şahin icarəyə veriləcək. Həmid Altuntopun isə transferə çıxarılacağı bildirilir. Artıq Raul Albiolun “Tottenhem”lə anlaşdığı deyilir.
Qeyd edək ki, “Arsenal” və “İnter” Nuri Şahinlə, “Qalatasaray” isə Həmid Altuntopla maraqlanır.

Xəbər 854 dəfə oxundu.