«Ay-ulduzlular»ımız sığortalanacaq
Milli komandaların rəsmi oyunlarında çıxış edən bütün futbolçular sığortalanacaq. İdman.com.az saytının məlumatına görə, belə qərar FİFA-nın İcraiyyə Komitəsinin yığıncağında qəbul edilib. Lakin bu qərar qurumun mayda keçiriləcək konqresində də təsdiqlənməlidir. Yığma üzvlərinin sığortalanması isə sentyabrın 1-dən qüvvəyə minəcək.

Bu addım klubların ciddi narazılığından sonra qəbul olunub. Belə ki, klublar yığmalarda zədələnən futbolçularının müalicəsinə xərclədiyi pullara görə FİFA-ya şikayətlənirdilər. Qeyd edək ki, FİFA-nın bu yeniliyi bütün yığmalar kimi Azərbaycan milli komandasına da şamil olunacaq.

Xəbər 918 dəfə oxundu.