Əmrah Çəlikəl: “Təqvimdə bu toplanış göstərilməyib”
“İlin əvvəlində klublara təqdim olunan təqvimdə yığmanın bu toplanışı göstərilməyib”, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

“Qarabağ” futbolçularını yığmanın aprelin 2-dən 5-dək keçiriləcək toplanışına buraxmayacaq. Ağdam klubu bu addımı komandanın Premyer Liqada çətin oyunlara hazırlaşması ilə əlaqələndirib: “Hazırkı təqvimin çox gərgin olduğunu nəzərə alaraq futbolçularımızı Azərbaycan yığmasına göndərmək istəmirik. Bu barədə AFFA-ya göndərdiyimiz məktubda da məlumat vermişik. Hazırlıq prosesi aprelin 5-də başa çatacaq. Biz isə aprelin 7-də “İnter”lə çətin oyuna çıxmalıyıq. Buna görə də “Qarabağ”ın futbolçuları qarşıdakı toplanışda olmayacaq."

Xəbər 971 dəfə oxundu.