Mirça Rednik “Astra” klubunu çalışdıracaq
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yeni komandasında işə başlayıb. Rumıniyalı mütəxəssis vətənində “Astra” klubunu çalışdıracaq.
Martın 29-da yeni baş məşqçi kimi ictimaiyyətə təqdim olunan Rednikin az öncə “Petrolul”dan aldığı təklifə məhz buna görə imtina etdiyi məlum olub.
Rednik yeni komandasında “Xəzər Lənkəran”dakı köməkçiləri Mihay Teja, Covanni Melkiorre ilə birlikdə çalışacaq. Onun qapıçılarla işləyən məşqçisi isə tanınmış rumıniyalı qolkiper Silviu Lunq olub.

Məşqçilər korpusunda Valentin Sinesku da yer alıb.

Xəbər 889 dəfə oxundu.