Rednik: “Astra” klubunun inkişafla bağlı layihəsi məni cəlb etdi
“Astra” klubunun inkişafla bağlı layihəsi məni cəlb etdi. Bu layihənin ciddiliyinə, iş üçün yaxşı şəraitin yaradılacağına əminəm”, bu sözləri Rumıniyanın “Astra” klubunun baş məşqçi postuna yeni təyin olunan Mirça Rednik deyib.

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi 3 aylıq fasilədən sonra yenə iddialı komandada çalışacağından məmnun qaldığını bildirib: “Sonradan daha 1 il müddətinə uzadıla biləcək 1 il 3 aylıq müqavilə imzaladıq. Əsas məqsədimiz 2013-cü ilin payızında Avropa Liqasında layiqli oynamaqdır. Ola da bilər ki, ilk ildə avrokuboklara çıxmağımız alınmasın. Amma hər şey məlumdur”.

Qeyd edək ki, Liqa 1-də çıxış edən “Astra” 23 oyundan sonra topladığı 28 xalla 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər 896 dəfə oxundu.